ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
HETEROPOLİTURŞU–η-ALÜMİNİUM OKSİD SİSTEMİ ÜZƏRİNDƏ İZOPROPİL SPİRTİNİN KATALİTİK ÇEVRİLMƏSİ
E.Ə.Hüseynova, S.E.Yusubova, K.Y.Əcəmov

 Heteropoliturşu–η-alüminium oksid sistemi üzərində izopropil spirtinin katalitik çevrilməsinin nəticələri müzakirə edilmişdir. Reaksiya məhsullarının müqayisəli analizi əsasında müəyyən edilmişdir ki, modifikasiya edilməmiş η-alüminium oksidin aktiv mərkəzləri əsasən Lyuis mərkəzləri – güclü Lyuis turşu mərkəzləri və güclü Lyuis əsasi mərkəzlərindən ibarətdir, halbuki heteropoliturşularla modifikasiyadan sonra onlar əsasən əsasi mərkəzlər – Brensted əsaslarından ibarət olmuşdur. alınmış sistemlər rentgenfaza analizi, skanlayıcı elektron mikroskop, element analizi, İQ-spektroskopiya üsulları ilə xarakterizə edilmişdir. Alınmış nəticələrin cəmi müəyyən etməyə imkan verir ki, Keqqin strukturunun əsas oksid ilə qarşılıqlı təsiri zamanı onun dağılması və heteropolianionun əmələ gəlməsi baş verir ki, bu da mənfi yükə malik olaraq, səthdə mövcud olan elektron-akseptor Lyuis turşu mərkəzləri ilə qarşılıqlı təsirdə olaraq səth – liqand tipli səth kompleksi əmələ gətirir, bu da kompensasiya olunmamış mənfi yükə malik olaraq sonradan yeni Brensted əsası rolunu oynamağa başlayır

https://doi.org/10.32737/0005-2531-2019-3-32-40 

Açar sözlər : izopropil spirti, η-alüminium oksid, heteropoliturşu, kataliz
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı