ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Ag–Sn–Se SİSTEMİ: FAZA DİAQRAMI, TERMODİNAMİKA VƏ MODELLƏŞMƏ
F.S.İbrahimova

Ag–Sn–Se üçlü sisteminin faza diaqramının, aralıq fazalarının strukturlarının və termodinamik xassələrinin öyrənilməsi üzrə işlərin müqayisəli təhlili aparılmışdır. Sistemdə Ag8SnSe6 və AgSnSe2 üçlü birləşmərinin əmələ gəlməsi, onların müvafiq olaraq 1015 K-də parçalanmadan əriməsi və 860 K-də parçalanaraq əriməsi müəyyən edilmişdir. AgSnSe2 və argirodit Ag8SnSe6 birləşmələrinin əmələgəlmə enthalpiya, entropiya, sərbəst enerjiləri və istilik tutumları üçün ən etibarlı məlumatlar təklif olunur. Maye ərintilərin  qarışma termodinamik funksiyaları müntəzəm məhlullar modelinin asimmetrik versiyası əsasında ifadə edilir. Maye ərintilərin təbəqələşmə sərhədlərini müəyyən etmək üçün homogen fazanın daxili termodinamik sabitlik funksiyasından istifadə edilmişdir. OriginLab proqramın köməyi ilə Ag–Sn–Se sistemindəki Ag2Se, SnSe2, SnSe, Ag8SnSe6 birləşmələrinin kristallaşma səthləri və maye ərintilərinin təbəqələşmə  səthlərinin çoxsahəli 3D görüntüsü verilmişdir

doi.org/10.32737/0005-2531-2019-4-84-93 

Açar sözlər : mis–qurğuşun-tellur sistemi, faza diaqramı, lividus səthi, 3D modelləşdirilmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı