ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Pb–Bi–Te–Se SİSTEMİNDƏ PbBi2Te4–²PbBi2Se4² POLITERMIK KƏSİYİ ÜZRƏ DƏYİŞƏN TƏRKİBLİ YENİ FAZALAR
Z.S.Əliyev

 Pb–Bi–Te–Se dördlü sistemində faza tarazlıqları PbBi2Te4–²PbBi2Se4² politermik kəsiyi üzrə təcrübi olaraq differensial termiki analiz və rentgenfaza analizi üsulları ilə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, qeyd olunan kəsik qeyri-kvazibinar olub, geniş qatılıq intervalında PbBi2Te4 əsasında tetradimit quruluşlu bərk məhluların əmələ gəlməsi ilə xarakterizə olunur. PbBi2Te4–²PbBi2Se4² politermik kəsiyi mürəkkəb faza tarazlığı mənzərəsinə sahibdir ki, bu da onun mənsub olduğu PbTe–PbSe–Bi2Se3–Bi2Te3 qarşılıqlı sisteminin xüsusiyyətləri ilə bağlıdır. Bu kəsik üzrə baş verən bütün tarazlıq proseslərini müəyyən etmək üçün həmin qarşılıqlı sistemin geniş qatılıq və temperatur intervalında öyrənilməsi vacibdir

doi.org/10.32737/0005-2531-2019-4-54-58

Açar sözlər : tetradimitəbənzər bərk məhlullar; laylı quruluşlu materiallar; bismut selenid; qurğuşun bismut telluridləri; faza diaqramı
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
No 1 2020
MÜNDƏRİCAT
- PROPANIN QEYRİ-STASİONAR ŞƏRAİTİNDƏ GEDƏN PİROLİZİ PROSESİNİN İDARƏEDİLMƏSİA.M.Əliyev, A.R.Səfərov, İ.V.Balayev, İ.İ.Osmanova, A.M.Hüseynova
- ZSM-5 SEOLİT ƏSASLI BİMETALLİK KATALİZATORLAR İŞTİRAKINDA METANOLUN KARBOHİDROGENLƏRƏ ÇEVRİLMƏSİT.Ə.BabayevaDavamı