ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
YENİ SADƏ VƏ SÜRƏTLİ SPEKTROFOTOMETRİK ÜSULLARLA QIZILIN(III) 2,2', 3,4-TETRAHİDROKSİ-3'-SULFO-5'-XLORAZOBENZOL İLƏ KATION TİP SƏTHİ-AKTİV MADDƏLƏR İŞTİRAKINDA TƏYİNİ
P.R.Məmmədov

Qızıl(III) 2,2',3,4-tetrahidroksi-3'-sulfo-5'-xlorazobenzol (TSXAB) ilə pH 5–6 turşuluqlu mühitdə   sürətlə  reaksiyaya girərək qəhvəyi-sarı rəngli kompleks və pH 5–6 turşuluqlu mühitdə  kation tip səthi aktiv maddələr- cetilpiridin xlorid (CPCl), cetilpiridin bromid (CPBr) və cetiltrimetilammonium bromid (CTMABr) iştirakında isə qəhvəyi rəngli komplekslər əmələ gətirir. Au(III)– TSXAB sisteminin işıq udma spektrində maksimum 490 nm-də və molyar udma əmsallı 2.3.104 l mol-1sm-1 müşahidə olunur. Au(III)–TSXAB–CPCl, Au(III)–TSXAB–CPBr və Au(III)–TSXAB– CTMABr TSXAB sistemlərinin  işıq udma spektrlərində maksimumlar  520, 520 və 540 nm dalğa uzunluqlarında müşahidə olunur və  molyar udma əmsalları isə uyğun olaraq 3.78.104, 3.67.104 and 3.81.104 l mol-1 sm-1 qiymətlər alır.  Optiki sıxlığın xəttiliyi Au(III) üçün 0.584–5.61 mkg/ml miqdarında Au(III)–TSXAB sistemində və 0.428–6.362 mkg/ml, 0.435–6.221 mkg/ml, 0.436–6.832 mkg/ml miqdarlarında isə uyğun olaraq Au(III)–TSXAB–CPCl, Au(III)–TSXAB– və Au(III)–TSXAB–CTMABr sistemlərində olur. Sendel həssaslığı Au(III) üçün Au(III)–TSXAB sistemində 7 mkg cm-2 və Au(III)–TSXAB–CPCl, Au(III)–TSXAB–CPBr və Au(III)–TSXAB–CTMABr TSXAB sistemlərində isə 5, 6, 5 mkg/cm müəyyən edilmişdi. Təklif olunan metodlar qızılin (III)  bir neçə sintetik qarışıqlarda təyinində uğurla tətbiq olunmuşdu. Nisbi standart kənara çixma Au(III) üçün (0–2.0)% olmağı, bu üsulların yüksək dəqiqliyinin və təkrarlığının olduğunu göstərir. Alınan nəticələr sintetik qarışıq nümunələrinin induktiv əlaqəli plazma optik emissiya spektrometriyası üsulu ilə  analizinin  nəticələri  ilə müqayisə edilmişdi

doi.org/10.32737/0005-2531-2020-1-20-25 

Açar sözlər : spektrofotometrik, Au(III), təyin, 2,2',3,4-tetrahidroksi-3'-sulfo-5'-klorazobenzen, kation tip səthi-aktiv maddələr
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı