ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MEMBRANABAĞLI HEMOGLOBİN ERİTROSİTLƏRİN NİTRİT TOKSİKLİYİNİN GÖSTƏRİCİSİ KİMİ
S.Y.Hüseynova

Natrium nitritin (NaNO2) (0.07–3.50 mM) və natrium selenitin (10 µM) insan qırmızı qan hüceyrələrində in vitro hemoglobinin (Hb) oksidləşməsinə və lipid peroksidləşməsinə (LPO) təsiri araşdırılmışdır. Nitritlər Hb-də və daha az dərəcədə eritrositlərdə oksidləşmə proseslərinə əhəmiyyətli təsir göstərir, və natrium selenit eritrositlərdə nitritinlə induksiyalanmış oksidləşmə prosesinin inkişafını zəiflədir və methemoglobinin (MetHb) əmələ gəlməsini 12–25% azaldır. Nitritlər hemoglobinin oksidləşdirici modifikasiyasına əhəmiyyətli dərəcədə təsir göstərərək, orta kon­sentrasiyalarda LPO aktivliyinin artmasına nəzərəçarpacaq dərəcədə səbəb olmur. NaNO2 yüksək konsentrasiyalarının (3.50 mM) təsiri altında MetHb-nin on dəfələrlə artması tiobarbitur turşusunın (TBT) aktiv məhsullarının toplanmasının artmasına 40–70% gətirib çıxarır. Nitritin aşağı konsentrasiyasında (0.07 mM) ümumi membrana bağlı hemoglobinin (oxyHb və MetHb) toplanmasında nəzərə çarpan dəyişiklik olmursa, orta (0.70 mmol) və yüksək (3.50 mM) konsentrasiyalarda bu dəyişikliklər aydın görünür 10 və 15%. Nitrit ilə – inkubasiyadan əvvəl və sonra inkubasiya mühitinə daxil olan 10 µM natrium selenit  bu proseslərə müəyyən ləngidici təsir göstərir.

doi.org/10.32737/0005-2531-2020-2-67-73

 

Açar sözlər : natrium nitrit, natrium selenit, eritrositlər, hemoglobin
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı