Tsikloheksilamininin propargil bromidlə kalium qələvisinin iştirakında qarşılıqlı təsiri zamanı propargil sıra ikili və üçlü tsikloheksilaminlərin sintezinin mümkünlüyü öyrənilmişdir. Müəyyən olunmuşdur ki, sintez olunmuş ikili aminlər reaksiyaqabilli mərkəzlər hesabına hidrosililləşmə, dien kondensasiyası və birləşmə reaksiyaları kimi müxtəlif kimyəvi reaksiyalara daxil olaraq yeni törəmələr əmələ gətirirlər. O cümlədən, N-prop-2-in-1-iltsikloheksilaminin N-H rabitənin hesabına akrilonitrillə və epixlorhidrinlə üçfülorlu bor efiratının itirakında reaksiyaya daxil olaraq müvafiq N-sianetil-N-prop-2-in-1-iltsikloheksilamin və N-epoksi-N-prop-2-in-1-iltsikloheksilamin əmələ gətirdiyi göstərilmişdir. N-sianetil-N-prop-2-in-1-iltsikloheksilaminin duz turşusunun 10%-li sulu məhlulunun təsirindən hidrolizə uğrayaraq doymamış karbon turşusunun, N-epoksi-N-prop-2-in-1-iltsikloheksilamin isə oksiran halqasının hesabına qatı sulfat turşusu ilə qarılıqlı təsirdən asetilen sıra qlikollların əmələ gəlməsinə gətirib çıxarır. Həmçinin, müəyyən olunmuşdur ki, N-epoksi-N-prop-2-in-1-iltsikloheksilaminin propargil spirti ilə reaksiyası zamanı iki terminal asetilen rabitəli müvafiq efirospirtlər əmələ gəlir. Alınmış birləşmələrin quruluşları İQ və NMR spektroskopiya üsullarının köməyi ilə eyniləşdirilmişdir. Reaksiyanın gedişatına nəzarət müxtəlif həlledici sistemlərdə alüminium oksid örtüklü plastinkalardan ibarət NTX üsulu ilə həyata keçirilmiş və aydınlaşdırıcı kimi yoddan istifadə olunmuşdur
doi.org/10.32737/0005-2531-2020-3-76-81
