Koaksial kənarları olan boşqabvari ikişöbəli dənəvərləşdiricidə eyni diametrli bağlayıcı maye damcısının təsirilə gil tozundan verilmiş ölçüdə dənəvər alınması tədqiq edilmişdir. Birinci şöbədə toz artıqlığı ilə, ikinci şöbədə isə tozsuz dənəvərləşdirmənin optimal müddəti müəyyən edilərək, sferikliyi 0.85-dən az olmayan, eyni dənəvərləşdirici tərkibə malik dairəvi dənəvər alınmışdır. Müəyyən edilmişdir ki, əmələ gələn dənəvərlərin ölçüsü bağlayıcı maye damcısının ölçüsü ilə müəyyən edilir, davamlılığı isə onların diametrinin artması ilə yüksəlir. Lakin diametrin artması ilə davamlılıq həddi azalır. Göstərilmişdir ki, dənəvərlərin potensial mexaniki davamlılığına daha çox dənəvərləşdirmə prosesinin ilkin mərhələləri təsir edir. Verilmiş ölçüdə dənəvərlərin alınması üçün məhlul damcılarının ölçüsünün dənəvərlərin diametrindən asılılığı müəyyən edilmişdir
