ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BOŞQABVARI DƏNƏVƏRLƏŞDİRİCİDƏ TOZVARI GİLDƏN EYNİ DİAMETRƏ MALİK DƏNƏVƏRLƏRİN DAMCI ÜSULU İLƏ ALINMASI
İ.A.Talıblı, Q.M.Səmədzadə, F.M.Sadıxov, A.M.Qasımova, V.A.Qasımov, G.V.Şadlinskaya

Koaksial kənarları olan boşqabvari ikişöbəli dənəvərləşdiricidə eyni diametrli bağlayıcı maye damcısının təsirilə gil tozundan verilmiş ölçüdə dənəvər alınması tədqiq edilmişdir. Birinci şöbədə toz artıqlığı ilə, ikinci şöbədə isə tozsuz dənəvərləşdirmənin optimal müddəti müəyyən edilərək, sferikliyi 0.85-dən az olmayan, eyni dənəvərləşdirici tərkibə malik dairəvi dənəvər alınmışdır. Müəyyən edilmişdir ki, əmələ gələn dənəvərlərin ölçüsü bağlayıcı maye damcısının ölçüsü ilə müəyyən edilir, davamlılığı isə onların diametrinin artması ilə yüksəlir. Lakin diametrin artması ilə davamlılıq həddi azalır. Göstərilmişdir ki, dənəvərlərin potensial mexaniki davamlılığına daha çox dənəvərləşdirmə prosesinin ilkin mərhələləri təsir edir. Verilmiş ölçüdə dənəvərlərin alınması üçün məhlul damcılarının ölçüsünün dənəvərlərin diametrindən asılılığı müəyyən edilmişdir

doi.org/10.32737/0005-2531-2020-3-62-66 

Açar sözlər : ikişöbəli dənəvərləşdirici, tozvari gil, bağlayıcı maye damcısıları, davamlılıq həddi, dənəvərləşdirmə vaxtı
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2022
MÜNDƏRİCAT
- KARBOHİDROGEN SUBSTRATLARINA KÖKLƏNMİŞ AKTİV MƏRKƏZLƏRİ OLAN KOBALT POLİMER KATALİZATORLARININ İŞTIRAKI İLƏ ETİLBENZOLUN MAYE FAZADA OKSİDLƏŞMƏSİ REAKSİYASININ KİNETİKA VƏ MEXANİZMİNİN TƏDQİQİR.H.Süleymanova, N.A.Zeynalov, L.N.Qulubəyova, A.R.Quliyeva, K.C.Həsənova
- TSİKLOHEKSANOLUN AMİNOMETOKSİ TÖRƏMƏLƏRİNİN SİNTEZİ VƏ İNHİBİTOR-BAKTERİSİD XASSƏLƏRİNİN ÖYRƏNİLMƏSİS.V.İsmayılova, E.H.Məmmədbəyli, K.A.Koçetkov, G.Ə.Hacıyeva, L.M.Məhərrəmova, D.B.AğamalıyevaDavamı