ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
METAKRİLONİTRİLDƏN METAKRİL MONOMERLƏRİNİN VƏ ONLARIN ƏSASINDA POLİMERLƏRİN SİNTEZİ
E.S.Məmmədova, Z.Ç.Salayeva, N.A.Zeynalov, H.Ə.Məmmədəliyev

Metakrilonitrildən metakril sırası monomerləri: metakrilamid, metakril turşusu, metilmetakrilat və ali metilmetakrilatlar sintez edilmişdir. Metakrilonitril və C2–C16-ya qədər olan alifatik spirtlər əsasında ali metakrilatlar sintez edilmişdir. Onların sintezinin optimal şəraiti tapılmış, başlanğıc metakrilonitrilə nəzərən metakrilatların hesablanmış nəzəri çıxımı 95–97% təşkil etmişdir. Sintez olunmuş monomerlərin radikal sopolimerləşməsindən neft yağlarına özlü aşqarlar, yapışqanlar, protektor rezin qarışığı üçün köhnəlmənin qarşısını alan, antikorrozion örtüklər, korroziya inhibitorları və s.-də tətbiq olunan yüksəkmolekullu birləşmələr, poli-N-əvəz olunmuş akrilamidlər alınmışdır

doi.org/10.32737/0005-2531-2020-3-50-55 

 

Açar sözlər : polimerləşmə, metakrilatlar, akrilamidlər, efirlər, spirtlər, polimerlər, aşqarlar, yağlar, yapışqanlar
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı