ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BİSMUT İONLARININ ETİLEN QLİKOLDA ELEKTROKİMYƏVİ DAVRANIŞI
S.P.Cavadova

Təqdim edilən iş etilen qlikol nümunəsində susuz elektrolitlərdən bismut ionlarının elektrokimyəvi reduksiyasına həsr edilmişdir. Platin elektrodu üzərində tsiklik və xətti polyarizasiya əyrilərinin çəkilməsilə, bismut ionlarının elektro­reduksiya prosesinin kinetika, mexanizmi və müəyyən edilmilşdir ki, proses bir mərhələdə 0.45–(–2.0) V potensial intervalında baş verir. Qorbaçov metodu ilə çəkilən əyrilər əsasında effektiv aktivləşrmə enerjisi hesablanmış və müəyyən edilmişdir ki, susuz elektrolitlərdə bismut ionlarının elektrooreduksiya prosesi diffuziya təbiətli polyarizasiya ilə müşayiət olunur. Həmçinin müxtəlif amillərin (temperatur, qatılıq, potensialın dəyişmə sürəti) prosesə təsiri tədqiq edilmişdir. Bu tədqiqatların köməyilə bismut ionlarının elektrokimyəvi reduksiya prosesi üçün optimal rejim və elektrolit tərkibi seçilmişdir. Elektrolitin tərkibi: 0.1 Bi(NO3)3×5H2O+CH2OH–CH2OH; T = 298 K.; ЕV = 0.03 V/san

doi.org/10.32737/0005-2531-2020-3-11-16 

 

Açar sözlər : polyarizasiya, bismuth ionları, etilenqlikol, elektrokimyəvi reduksiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı