ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BUTİLQLİKOL–SU–İZOPROPİL EFİRİNDƏN İBARƏT SİSTEMİN MAYE FAZALI EKSTRAKSİYADA SELEKTİVLİK VƏ KÜTLƏÖTÜRMƏ ƏMSALLARININ TƏYİNİ
Ə.A.Həsənov

Fazaların tarazlıq problemi geniş təhlil olunmuş, komponentin fazalar arası paylanması, paylanma əmsalının qiyməti iki variantda təyin edilmiş, selektivlik əmsalı, mövcud fazaların tərkibləri arasındakı əlaqəni göstərən tənliklər, fazalarda aktivliklərin bərabərləşdirilməsi əsasında Marqules sabiti hesablanmışdır. Komponentlərin miqdarına əsasən AAS və ASA (birinci indeks paylanan komponentə, ikinci indeks isə fazanı təşkil edən komponentə aiddir) əmsallarının ədədi qiymətləri hesablanmışdır. Marqules tənliyinə əsasən üçlü sistem üçün A və B komponentlərinin hər iki fazada aktivlik əmsalları, binodal əyriyə uyğun hər üç komponentin mol payları, B komponentinin aktivlik əmsalları, eləcə də bu əmsallara əsasən aktivliyin qiymətləri  təyin edilmişdir

doi.org/10.32737/0005-2531-2020-4-17-21

Açar sözlər : tarazlıq, əmsal, ekstraksiya, komponent, tənlik, aktivlik, selektivlik
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı