ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
NANOÖLÇÜLÜ Cu–Ме (Ме–Co, Zn, Ni) OKSİD SİSTEMLƏRİN SİNTEZİ, XÜSUSİYYƏTLƏRİ VƏ CO-nun H2 İŞTİRAKI İLƏ OKSİDLƏŞMƏSİ REAKSİYASINDA AKTİVLİYİ
S.T.Cəfərova

Metal duzlarının sonrakı közərdilməsi ilə hidrotermal reduksiya üsulu ilə Cu–Me (Me–Co, Zn, Ni) tərkibində olan nanooksidlər sintez edilmiş və onların xüsusiyyətlərinin (ölçüsü, morfologiyası, quruluşu) CO-nun H2 iştirakı ilə dərin oksidləşməsi reaksiyasında katalitik aktivliyə təsiri diqqətə alınmışdır. Nanooksidlər RFA və SEM üsulları ilə xarakterizə olunmuşdur. Müəyyən edilmişdir ki, Cu–Co–O hissəcikləri nanolövhələr (30–35nm), Cu–Zn–О hissəciklərisə (12.5–20нм) nanocubuqlar şəklindədilər. SEM üsulu ilə Cu–Co–O hissəciklərinin Cu–Zn–O-dan daha yüksək bir quruluş təşkilatını ortaya qoyması müşahidə edilmiş; nanokristalların böyüməsi şəkil miqyasının böyüməsini dəyişdirərək göstərilmişdir. Cu–Co–O sisteminin qeyd olunan və müvafiq fərdi oksidlər arasında ən yüksək aktivliyə malik olması müəyyən edilmişdir. Metalların nisbətinin (Cu/Co) nanohissəciklərin dispersiyasına və morfologiyasına və onların aktivliklərinə təsiri tədqiq edilmişdir. Aktivliyin qeyri-additiv artması kobalt oksidlərin oksidləşmə-reduksiya  xüsusiyyətləri və misin onun elektron vəziyyətinə verdiyi töhfə ilə izah olunmuşdur. Tərkibinin dəyişməsi və həmçinin yüksək dispersiya (30–35nm) CO-nun oksidləşmə başlanğıcının (T50%) temperaturunu 1150C-dən aşağı salmağa imkan verir

doi.org/10.32737/0005-2531-2021-1-48-54

Açar sözlər : nanooksidlər, nanolövhələr, nanoçubuklar, modifikasiya, morfologiya, quruluş, CO oksidləşmə, elektron mikroskopiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı