ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SÜRMƏ–SELEN SİSTEMİNİN ELEKTROKİMYƏVİ ÇÖKDÜRÜLMƏ PROSESİNİN RİYAZİ MODELLƏŞDİRİLMƏSİ VƏ OPTİMALLAŞDIRILMASI
V.A.Məcidzadə, Q.S.Əliyev, A.Ş.Əliyev, R.H.Hüseynova, Z.M.Məmmədova

Sürmə-selenid (Sb2Se3) qadağan olunmuş zolağının eni (1.17 eV) və yüksək udulma əmsalına (>105 sm–1) görə perspektivli fotoelektrik materialıdır. Son illərdə Sb2Se3-dən ibarət nazik təbəqəli Günəş elementlərinin enerjini çevirmə effektivliyi getdikcə yüksəlir. Ona görə də, bu materiala olan böyük marağı nəzərə alaraq, təqdim edilən iş elektrokimyəvi üsulla Sb–Se nazik təbəqələrinin alınması prosesinin riyazi modelinin və optimallaşdırılmasının öyrənilməsinə həsr edilmişdir. Tədqiqat işi potensiodinamik, potensiostatik və qalvanostatik üsullardan istifadə etməklə müxtəlif şəraitlərdə, Pt-, Cu- və Ni- elektrodları səthində aparılmışdır. Birgə çökmə prosesinin aparılması üçün tartrat elektrolitində sürmə və selenit ionlarının elektroreduksiya proseslərinin kinetika və mexanizmi ayrılıqda tədqiq edilmişdir. Tsiklik polyarizasiya əyriləri, rentgen-faza, SEM-EDX analizləri əsasında müəyyən edilmişdir ki, Sb–Se nazik təbəqələri Cu elektrodu istisna olmaqla, yalnız Pt və Ni elektrodları üzərinə çökürlər. Riyazi hesablamalar xüsusi olaraq bu proses üçün işlənib hazırlanmış OptimME proqram paketində həyata keçirilmişdir. Müxtəlif faktorların (başlanğıc komponentlərin qatılığı, temperatur, cərəyan sıxlığı və s.) təsiri öyrənilməklə birgə çökmə prosesi üçün optimal elektroliz rejimi və elektrolit tərkibi seçilmişdir ki, bu nəticələrdən də istifadə etməklə, gələcək praktiki məqsədlər üçün prosesin Student və Fişer meyarları təyin edilmiş, reqressiya əmsalları qiymətləndirilmişdir. Alınmış reqressiya tənliyi tərkibində lazım olan miqdarda Sb olan Sb–Se ərintisini almağa imkan verən elektrolitin tərkibini və elektroliz şəraitini müəyyən edir. Aparılan hesablamalar və təcrübi nəticələr göstərir ki, Sb–Se ərintisi üçün alınmış reqressiya tənliyinin xətası e=6.4% təşkil edir

doi.org/10.32737/0005-2531-2021-1-30-36

Açar sözlər : Sb–Se təbəqələri, reqressiya tənliyi, Student və Fişer meyarları, riyazi modelləşmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı