ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
FENİL və p-FENİL ƏVƏZLİ TSİKLOPROPANKARBON TURŞUSUNUN ETİL EFİRLƏRİNİN SİNTEZİ VƏ ÇEVRİLMƏLƏRİ
K.Q.Quliyev, A.E.Rzayeva, A.M.Quliyev

Etildiazoasetatın termokatalitik parçlanması iştirakında karboetoksikarbenin stirol və p-xlorstirol ilə qarşılıqlı təsir reaksiyası öyrənilmişdir. Aşkar edilmişdir ki,  istifadə edilmiş stirollarda olan əvəzedicilərin təbiəti karboetoksikarbenlə reaksiya zamanı ikiqat rabitənin aktivliyinə əhəmiyyətli dərəcədə təsir göstərir. Sintez olunmuş birləşmələrin tərkib və quruluşu təyin edilmişdir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, stirola para vəziyyətdə birləşmiş əvəzləyicilər karboetoksikarbendə olan ikiqat rabitənin aktivliyinə əhəmiyyətli dərəcədə təsir göstərirlər. Aşkar olunmuşdur ki, stirolun və parastirolların ikqat rabitəsinə karboetoksikarbenin birləşməsi praktiki olaraq əlavə məhsullar alınmadan gedir. Reaksiya, 2-fenil və 2-p-əvəzli-fenil-1-etoksikarboniltsiklopropan (1–4) birləşmələrinin sis- və trans- izormerləri qarışığı şəklində və ~30׃70 nisbətində, tans izomerin alınması üstünlüyü ilə gedir. Sintez edilmiş birləşmələrin tərkib və quruluşları öyrənilmişdir. Məlum olmuşdur ki, bütün sintez edilmiş tsiklopropan tərkibli birləşmələr müxtəlif bioloji aktivliyə malikdirlər. Bundan əlavə, qeyd etmək lazımdır ki, 9–12 birləşmələri ED-20 epoksid qətranı üçün modifikator və qatqı maddəsi kimi də  istifadə oluna bilər

doi.org/10.32737/0005-2531-2021-1-11-17

Açar sözlər : tsiklopropan, p-əvəzli stirol, karboetoksikarben, qlisidiloksimetiltsiklopropan
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı