ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
(2Bi2O3∙B2O3)100-x(2Bi2O3∙3GeO2)x TƏRKİBLİ ƏRİNTİLƏRİN İSTİLİK FİZİKİ XASSƏLƏRİ (x=0; 10; 50)
S.İ.Bənənyarlı, Ş.S.İsmayılov, R.N.Qasımova, L.Ə.Xəlilova

Bu məqalədə (2Bi2O3∙B2O3)100-x(2Bi2O3∙3GeO2)x tərkibli ərintilərinin fiziki-kimyəvi xassələri: istilikkeçiriciliyin, istilik müqavimətinin, istilik tutumunun 300÷650K  intervalında temperatur asılılığı öyrənilmişdir. 500K temperaturdan yuxarıda istilikkeçiriciliyin χ(T) artması ərintilərin yumşalması və yayğın faza keçidlərinin mövcudluğu ilə bağlıdır,hansı ki,  kimyəvi  rabitələrin qismən qırılması ilə müşayət olunur. Müəyyən edilmişdir ki, (2Bi2O3∙B2O3)100-x(2Bi2O3∙3GeO2)x tərkibli ərintilərin istilik tutumu GeO2-nin qatılığınin artması ilə mütənasib artır. Tədqiq olunan nümunələrdə, bərkimə zamanı ortaya çıxan özünəməxsus nizamsızlıq, öyrənilən tərkiblərdə fonon-fonon qarşılıqlı təsirinin anqarmonizminin artması hesabına istilikkeçiriciliyini güclü azaldır. Öz növbəsində defektlərin yaratdığı cüzi ²nizamsızlıq² oksid maddələrə xas olan kütlə fərqləri nəticəsində əmələ gələn böyük “nizamsızlığın” fonunda nəzərə çarpmır

doi.org/10.32737/0005-2531-2021-3-44-48 

Açar sözlər : istilikkeçirmə, istilik müqaviməti, istilik tutumu, fononlar, germanium oksid, ərinti
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2021
MÜNDƏRİCAT
- Ni–Mo NAZİK TƏBƏQƏLƏRİNİN ELEKTROKİMYƏVİ YOLLA ÇÖKDÜRÜLMƏSİ PROSESİNİN RİYAZİ MODELLƏŞDİRİLMƏSİÜ.M.Qurbanova, Z.S.Səfərəliyeva, N.R.Abışova, R.Q.Hüseynova, D.B.Tağıyev
- METİLTSİKLOPENTANIN SELEKTİV OKSİDLƏŞDİRİCİ DEHİDROGENLƏŞMƏSİ REAKSİYASININ MEXANİZİMİ VƏ KİNETİKASIA.M.Əliyev, M.Y.Abbasov, M.Q.Əliyeva, G.Ə.Əlizadə, R.Y.AğayevaDavamı