ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Ni–Mo NAZİK TƏBƏQƏLƏRİNİN ELEKTROKİMYƏVİ YOLLA ÇÖKDÜRÜLMƏSİ PROSESİNİN RİYAZİ MODELLƏŞDİRİLMƏSİ
Ü.M.Qurbanova, Z.S.Səfərəliyeva, N.R.Abışova, R.Q.Hüseynova, D.B.Tağıyev

Bütün riyazi hesablamalar cərəyan sıxlığı, əsas komponentlərin qatılığı, temperatur və s. kimi çökmə prosesinə təsir edən amillərin öyrənilməsi ilə Optum ME proqram paketindən istifadə etməklə həyata keçirilmişdir. İki metalın birgə çökməsi zamanı optimal elektroliz şəraiti və elektrolitin tərkibini çoxsaylı təcrübələr aparmaqla müəyyən etmək olar. Lakin reqressiya tənliyindən istifadə etməklə, prosesin riyazi modelini quraraq bunun qarşısını almaq olar. Reqressiya tənliyini qurarkən üç asılı olmayan dəyişən seçilmişdir. Çöküntüdə molibdenin miqdarı asılı olmayan dəyişən kimi seçilmişdir. Əldə edilmiş reqressiya tənliyi nikelin molibden ilə birgə çökmə prosesini bütövlükdə ifadə edir və elektrokimyəvi üsulla tələb olunan tərkibdə ərintilərin istehsalı zamanı işlərin planlaşdırılmasında istifadə edilə bilər 

doi.org/10.32737/0005-2531-2021-3-6-11 

 

Açar sözlər : riyazi modelləşmə, nikel, molibden, nazik təbəqələr, elektroçökdürülmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı