ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
XAM ALUNİTİN QƏLƏVİDƏ HƏLLOLMASINDAN ALINAN ALÜMİNATLI MƏHLULLARA SİLİSİUMUN KEÇMƏSİ VƏ ONUN MƏHLULDAN ÇIXARILMASI ŞƏRAİTİNİN TƏDQİQİ
G.İ.Alışanlı

 

Alüminiumu Zəylik alunit filizindən qələvi həlletmə yolu ilə çıxaran zaman alunitin tərkibindəki silisium silikat ionu şəkilində az da olsa məhlula keçir. Məhluldakı silisium alınan gil torpağın keyfiyyətinə təsir etməklə yanaşı, istehsalat zamanı boru və avadanlıqların ərplə dolmasına səbəb olur. Təqdim olunan bu məqalədə xam alunitin otaq temperaturunda və qızdırmaqla qələvi məhlulunda həllolması zamanı silisiumun maye fazada paylanma dinamikası izlənmişdir. Yüksək keyfiyyətli alüminium hidroksid almaq üçün silisiumun alüminat məhlulundan çıxarılması metodu təklif olunur. Silisiumsuzlaşdırma ana məhlulun təkrarən dövrəyə qaytarılması ilə aparılmışdır. Bu metoda görə alunit şlamının aktivləşdirilməsi nəticəsində əldə edilən materialın məhluldan silisium (IV) oksidi sorbsiya etmə qabiliyyəti araşdırılmışdır. Tapıldı ki, sulfat turşusu ilə aktivləşdirilmiş alunit şlamı emal edilməmiş alunit şlamına nisbətən silikat ionunu alüminat məhlullarından yüksək çıxım faizi ilə ayırma qabiliyyətinə malikdir

doi.org/10.32737/0005-2531-2021-4-71-76

Açar sözlər : alunit, silisiumsuzlaşdırma, qələvi, hidrokalumit, Friedel duzu
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı