ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Cu2Se–SnSe–Sb2Se3 SİSTEMİNDƏ FAZA TARAZLIĞI
E.N.İsmayılova, L.F.Məşədiyeva, I.B.Bəxtiyarlı, M.B.Babanlı

Cu2Se–SnSe–Sb2Se3 kvazi-üçlü sistemində faza tarazlığı diferensial termiki və rentgen faza  analizi üsulları ilə tədqiq edilmişdir. Sistemin 300 K temperaturda bərk faza tarazlığı, bəzi politermik kəsikləri və likvidus səthinin proyeksiyası qurulmuşdur. Fazaların ilkin kristallaşma sahələri, mono- və non variant tarazlıqların koordinatları  müəyyən edilmişdir. SnSe–CuSbSe2 kvazibinar kəsiyinin faza diaqramı dəqiqləşdirilmişdir. Müəyyən edilmişdir ki, peritektik reaksiya nəticəsində sistemdə CuSnSbSe3 dördlü birləşmə əmələ gəlir və ~ 650–723 K temperatur intervalında  mövcuddur. Bundan əlavə, tədqiq olunan Cu2Se–SnSe–Sb2Se3 sistemində SnSe, Sb2Se3, CuSbSe2 və SnSb2Se4 birləşmələri əsasında məhdud bərk məhlul sahələri də aşkar edilmişdir

doi.org/10.32737/0005-2531-2022-1-73-82

Açar sözlər : faza diaqramı, likvidus səthi, mis-sürmə-qalay selenidləri, bərk məhlullar
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı