ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MONTMORİLLONİT ƏSASINDA ALINMIŞ SORBENTLƏRİN ASETONUN ADSORBSİYASI VASİTƏSİ İLƏ TƏDQİQİ
N.Ə.İmanova, F.M.Sadiqov

Ağ-Dərə bentonit yatağından götürülmüş montmorillonit nümunəsini Co2+ və Ni2+- metallarının duzları ilə işləməklə müvafiq kation formaları hazırlanmışdır.Onlaın səthlərində əmələ gələn turşu mərkəzlərinin təbiəti,miqdarı derivatoqrafik üsulla asetonun adsorbsiyası vasitəsilə tədqiq edilmişdi.Aseton molekulasının kritik diametri d=5.6A və pkα=-7.2 dir. Asetonun  kritik diametri həm daxildə,həm səthdəki turşu mərkəzlərinin öyrənilməsinə imkan verir. Derivatoqrammaların analizi göstərir ki, kütlə itkisi mübadilə kationlarının ion radiusundan, təbiətindən və temperaturdan asılı olaraq aşağıdakı kimi dəyişir: Co2+mont> Ni+2mont>təbii-mont. Co2+, Ni2+ formalı sorbentlərinin asetonun adsorbsiyası vasitəsilə tədqiqi zamanı nümunələrin səthində zəif, orta,qüvvətli elektron akseptor mərkəzlərin olması müəyyən eilmişdir. DTA əyrisi üzərindəki 219.3–566.30C temperaturda müşahidə olunan endotermik effekt, montmorillonit nümunəsinin səthinə aseton molekulasının fiziki adsorbsiyasını xarakterizə edir.706.9 və 775.70C temperaturda müşahidə olunan effeklər isə qüvvətli turşu mərkəzlərini xarakterizə edir.Montmorillonitin səthində əmələ gələn elektron akseptor mərkəzlərinin miqdarı mübadilə kationlarının yükündən asılı olaraq dəyişir. Co2+ formalı bentonitin səthində əmələ gələn eletron akseptor mərkəzlərinin  miqdarı digər nümunələrlə müqayisədə daha da çoxdur. Müxtəlif temperatur intervallarında adsorbsiya olunan aseton molekulasının miqdarı (a·mmol./q) və desorbsiyasına sərf olunan enerji  (E, kc·mol -1) hesablanmışdı. Aseton molekullarını ən çox adsorbsiya etmə qabiliyyətinə malik olan Co2+ formalı montmorillonitdi və ondan ətraf mühitin asetonla çirklənməsinin qarşısını almaqda sorbent kimi istifadə etmək olar

doi.org/10.32737/0005-2531-2022-3-99-104

Açar sözlər : aseton, modifikasiya, montmorillonit, aktiv mərkəz, sorbent
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı