Benzolun hidrogenləşmə reaksiyasında metalpolimer katalizatorları öyrənilmişdir. Keçid metallarından olan nikelin, palladiumun duzları, həmçinin H2PtCl6·6H2O polimer sorbentlərə oturdulmuşdur. Polimer daşıyıcı kimi polietilenpoliamin (PEPA), poli-2-metil-5-vinilpiridin, stirolun malein anhidridi ilə sopolimeri, poli-4-vinilpiridin ğötürülüb. Bundan başqa benzolun hidrogenləşmə reaksiyasının məhsullarına köklənmiş, tikici agent olan N,N-metilenbisakrilamid ilə tikilmiş bir sıra polimer komplekslər sintez olunmuşdur. Hidrogenləşmə reaksiyasının temperaturu 20– 600С-də tənzimlənmişdir. Hidrogenləşmə prosesi avtoklavda aparılıb. Müəyyən edilmişdir ki, Pt-poli-4-vinilpiridin əsasında olan komplekslərin iştirakında benzolun natamam hidrogenləşmə məhsulu olan tsikloheksenin çıxımının artması müşahidə olunur. Həmçinin benzol və tsikloheksenə köklənmiş Pt-2-metil-5-vinilpiridin əsasında alınan komplekslər yüksək katalitik aktivliyə malikdir
doi.org/10.32737/0005-2531-2022-3-93-98