ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Fe-TƏRKİBLİ KARBON NANOBORULAR KATALİZATOR KİMİ DEKALİN VƏ TETRADEKANIN AEROB OKSİDLƏŞMƏ REAKSİYALARINDA
N.Ə.Mustafayeva

Məqalədə alifatik və politsiklik karbohidrogenlərin oksidləşmə reaksiyalarında çoxdivarlı karbon nanoboruların (ÇDKNB) katalitik aktivliyi öyrənilmişdir. Katalitik aktivliyi müəyyən etmək üçün hər birinin tərkibində 22.8% Fe olan ÇDKNB katalizatorlarından istifadə edilmişdir. Katalizator nümunələri CVD üsulu ilə müəyyən edilmiş optimal şəraitdə propan qazından sintez edilmişdir. Eksperimentlər 5 müxtəlif temperaturda (600C, 800C, 1000C, 1200C, 1400C) 2 saat ərzində həyata keçirilib. Nisbətən aşağı temperaturlarda hər iki karbohidrogenin oksidləşmə reaksiyasında hiss edilə biləcək bir dəyişiklik müşahidə olunmamışdır. Dekalinin oksidləşməsində reaksiya temperaturu 1200C və 1400C-yə yüksəldikdə isə artıq oksidləşmənin baş verdiyini, temperaturun artması ilə reaksiyanın sürətinin düz mütanasib olduğu müşahidə olunmuşdur. Eyni tendensiyanı tetradekanın ÇDKNB iştirakında 1200C və 1400C temperaturlarda oksidləşmə reaksiyasında görmək mümkündür. Lakin dekalindən fərqli olaraq tetradekanın oksidləşməsində ÇDKNB nümunəsi optimal katalitik aktivliyi 1200C-də özünü göstərib. Halbuki, oksidləşmənin baş verdiyi bu temperaturlarda dekalinin və tetradekanın katalizatorsuz mühitdə oksidləşməsi demək olarki baş vermir

doi.org/10.32737/0005-2531-2022-3-87-92

Açar sözlər : ÇDKNB, CVD metodu, katalizator, dekalin, tetradekan, kinetik parametrlər, karbohidrogenlərin maye fazada oksidləşməsi, nanokataliz, katalitik aktivlik, propan
Məqaləyə baxın