Ftal turşusunun natrium duzu suda həll olan stronsium duzu və pirazinin suda məhlulunun qarşılıqlı təsirindən buxarlanması ilə gedən reaksiyasından koordinasion polimer olan Sr(II) {SrL1(L2)0.5(H2O)0.36}n (L1=ftal turşusu anionu, L2=pirazin) sintez olunmuşdur. Alınan monokristal İQ spektral, element analizi, rentgenfaza analizi (RFA) və termiki analiz (DTA) metodları ilə tədqiq olunmuşdur. Rentgenfaza analizi göstərir ki, sintez olunan məhsul bir fazalıdır və piklər 12.73; 11.41; 9.04 maksimumları altında yaxşı identikləşirlər. Bu onu göstərir ki, elementar qəfəsin parametrləri təqribən а=12.74, b=11.41 və с=9.04 Å-ə bərabərdir. İQ-spektr analizindən görünür ki, polimerdə liqand kimi ftal turşusu xelat, xelat-körpü rolunu oynayır. Termiki analiz nəticəsində görünür ki, bu polimer 2000C-yə qədər davamlıdır
doi.org/10.32737/0005-2531-2022-3-57-62
