ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MƏİŞƏT TULLANTILARININ “DİB KÜLÜ”NÜN MİQDARININ VƏ DİSPERSLİYİNİN POLİPROPİLEN ƏSASINDA OLAN KOMPOZİTLƏRİN FİZİKİ-MEXANİKİ XASSƏLƏRİNƏ TƏSİRİ
N.T.Qəhrəmanov, A.Ə.Həsənova, Y.N.Qəhrəmanlı, X.V.Allahverdiyeva, V.S.Osipçik, F.Ə.Mustafayeva, G.Ş.Qasımova

Məqalədə məişət tullantılarının "dib külü"nün miqdarının polipropilen əsaslı kompozitlərin əsas fiziki-mexaniki xassələrinə təsirinin öyrənilməsinin nəticələri təqdim olunur. Dartılmada möhkəmlik həddi, dartılma axıcılıq həddi, əyilməyə qarşı davamlılıq həddi, nisbi uzanma, istiliyə davamlılıq və ərintinin axıcılıq göstəricisi kimi xüsusiyyətlər tədqiq olunmuşdur. Müxtəlif dispersliyə malik "dib külü"ndən istifadə olunmuşdur: 75–110 nm, 300–500 nm, 1200–2000 nm. "Dib külü"nün miqdarından və dispersliyindən asılı olaraq xassələrin dəyişmə qanunauyğunluğunun tədqiqinin nəticələri nanokompozitlərin üstünlüyünü göstərmişdir. Kompozitlərin tərkibinə kompatibilizatorun daxil edilməsi  möhkəmlik göstəricilərinnin əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək etmişdir

doi.org/10.32737/0005-2531-2022-3-51-56

Açar sözlər : dartılmada axıcılıq həddi, dartılmada möhkəmlik həddi, nisbi uzanma, istiliyə davamlılıq, əyilməyə qarşı davamlılıq həddi, “dib külü”
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı