ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MANQAN-POLİMER KATALİZATORU İŞTİRAKINDA n-OKTANIN OKSİDLƏŞMƏSİ VƏ UYĞUN KİNETİC MODELİN SEÇİLMƏSİ
A.F.İsazadə, Ü.A.Məmmədova, M.M.Əsədov, N.A.Zeynalov, D.B.Tağıyev

Müxtəlif kütlə faizində (5 və 10 wt%) poli(4-vinilpiridinin) üzərinə immobilizə olunmuş manqan nanohissəciklərindən istifadə edərək stasionar reaktorda n-oktanın oksidləşməsi aparılmışdır. Müəyyən edilmişdir ki, polimerə immobilzə olunmuş manqan tərkibli katalizatorlar, analoji homogen tərkibli katalizatorlarla müqayisədə n-oktanın oksidləşməsində daha çox aktivlik göstərirlər. Manqan-polimer katalizatoru iştirakında n-oktanın oksidləşməsi üçün kinetik model və hesablama üçün tənliklər seçilmişdir. Kinetik modeli nəzərə alaraq, tərkibində manqan olan polimer katalizatorun iştirakında n-oktanın oksidləşmə reaksiyasının sürət sabiti hesablanmışdır. Molekulyar oksigen iştirakında n-oktanın oksidləşməsi zamanı yüksək konversiya əldə edilmişdir

doi.org/ 10.32737/0005-2531-2022-3-6-11

Açar sözlər : n-oktan, manqan-polimer katalizator, oksidləşmə, kinetika
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı