Müxtəlif kütlə faizində (5 və 10 wt%) poli(4-vinilpiridinin) üzərinə immobilizə olunmuş manqan nanohissəciklərindən istifadə edərək stasionar reaktorda n-oktanın oksidləşməsi aparılmışdır. Müəyyən edilmişdir ki, polimerə immobilzə olunmuş manqan tərkibli katalizatorlar, analoji homogen tərkibli katalizatorlarla müqayisədə n-oktanın oksidləşməsində daha çox aktivlik göstərirlər. Manqan-polimer katalizatoru iştirakında n-oktanın oksidləşməsi üçün kinetik model və hesablama üçün tənliklər seçilmişdir. Kinetik modeli nəzərə alaraq, tərkibində manqan olan polimer katalizatorun iştirakında n-oktanın oksidləşmə reaksiyasının sürət sabiti hesablanmışdır. Molekulyar oksigen iştirakında n-oktanın oksidləşməsi zamanı yüksək konversiya əldə edilmişdir
doi.org/ 10.32737/0005-2531-2022-3-6-11