ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
PbLnCuS3 (Ln–La, Nd, Sm, Gd, Dy, Er) TİPLİ BİRLƏŞMƏLƏRİN SİNTEZİ, MONOKRİSTALLARIN YETİŞDİRİLMƏSİ VƏ XASSƏLƏRİ
Ö.M.Əliyev, D.S.Əjdərova, T.F.Maksudova, V.M.Rəhimova, S.T.Bayramova

PbLnCuS3 (Ln–La, Nd, Sm, Gd, Dy, Er) tipli dördlü sulfoduzlar ya element komponentlərinin əridilməsindən, ya da havası qovulmuş  və qaynaq olunmuş kvars ampulaya yerləşdirilmiş qrafit potada 1200–1275 К temperaturda 2PbS+Cu2S+Ln2S3 şixtasından alınmışdır.  PbSmCuS3 və PbGdCuS3 birləşmələrinin monokristalı minerallaşma metodu ilə yetişdirilmişdir. Rentgenquruluş  analizinin nəticələrinə görə PbLnCuS3 tipli birləşmələr ortorombik sinqoniyada  kristallaşır ((а=8.26¸8.20; b=8.84¸8.80; с= 7.96¸ 7.9 Å, f.q. Pmn21) PbGdCuS3 sırası maddələrində quruluş tipinin mübadiləsinə əsaslanan (PbCuSbS3 ®KZrCuSe3 ® Eu2CuS3) morfotropiya hadisəsi müşahidə olunur. Onların standart termodinamiki funksiyaları hesablanmış və maqnit həssaslığının temperatur asılılıqları ölçülmüşdür

doi.org/10.32737/0005-2531-2023-1-169-175

Açar sözlər : sulfoduz, faza diaqramı, kristal quruluş, qəfəs parametri, termodinamiki funksiya, maqnit həssaslığı
Məqaləyə baxın