ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
EKOLOJİ TƏMİZ QURĞUDA POLİDİSPERS SİSTEMLƏRİN AYRILMASI
D.B.Şirinova, A.S.Bayramova

Dənəvər hissəciklərin ayrılması prosesi işlənmişdir.  Proses yeni tipli ekoloji təmiz ayırıcı qurğuda-klassifikatorda aparılmışdır. Prosesin texnoloji parametrləri, qurğunun həndəsi parametrləri müəyyənləşdirilmiş və bu parametrlərin dəyişdirilməsinin prosesin gedişinə təsiri öyrənilmişdir. Müəyyən olmuşdur ki, çoxkaskadlı, silindrik ayırıcı seksiyalı,  artan diametrli pillələrə malik və üfiqi müstəviyə 00-dan 900-ə bucaqla  tənzimlənən ucluqlarla təchiz edilmiş  pnevmatik klassifikatorda tələb olunan sayda  və ölçüdə fraksiyalar almaq olar.Əvvəlki pillə  ilə müqayisədə növbəti pillənin diametrini iki dəfə artırmaqla, təzyiq düşgüsü yaratmağa və polidispers materialı ayırmağa, hissəciklərin sürətini dəyişdirməyə nail olunmuşdur. İşlənmiş texnologiyanın ekoloji üstünlüyü qeyd olunmuşdur, belə ki, Dispershissəciklərin ayrılması  zamanı qurğunu hava (qaz) axını ilə tərk edən toz-qaz qarışığının tərkibindəki tozun bir hissəsi quru tutucuda, qalan hissəsi isə su (absorber) tərəfindən tutulur

doi.org/10.32737/0005-2531-2023-1-176-182

Açar sözlər : dispers sistemlər, superfosfat, kvarsit, əzilmiş şüşə, pillələr, bərk materiallar, toz, nəm tutucu
Məqaləyə baxın