ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
PVS/Mg–Al–OH LAYLI İKİLİ HİDROKSİD NANOKOMPOZİT TƏBƏQƏSİNİN SONOKİMYƏVİ SİNTEZİ
X.A.İbrahimova, A.Ə.Əzizov, O.O.Balayeva, R.M.Alosmanov, M.H.Abbasov

Təqdim olunan işdə PVS/Mg–Al–OH laylı ikili hidroksid nanokompozit təbəqəsinin müxtəlif reaksiya şəraitlərində sonokimyəvi üsulla sintezi haqqında məlumat verilir. Alınmış nümunələrin quruluş xüsusiyyətlərini, optiki xassələrini və morfoloji quruluşunu xarakterizə etmək üçün Rentgen toz difraktometri (RTD), Ultrabənövşəyi-gör. (UB-gör) spektrometr, Skanedici Elektron mikroskop (SEM), Enerji-dispersiv rentgen spektrometr (EDS) və Furye dəyişdiricisi olan infraqırmızı (İQ) spektrometrdən istifadə edilmişdir. PVS/Mg–Al-OH kompozitində polivinil spirtinin səthə birləşməsindən sonra laylı ikili hidroksidin laylararası məsafəsi 7.694Å-dən 8.424Å-ə qədər genişlənmişdir. Hissəciklərin orta ölçüsü 23.4 və 4.48 nm müəyyən edilmişdir. Hissəciklərin ölçüsünün azalması üzvi qrupların strukturun dayanıqlığına təsiri ilə izah olunur. PVA/Mg–Al–OH laylı ikiqat hidroksidin optik qadağan olunmuş zolağın eninin enerjisi müvafiq olaraq 0.64 eV və 0.9 eV hesablanmışdır

doi.org/10.32737/0005-2531-2023-1-141-148

Açar sözlər : polivinil spirti, qatlı ikili hidroksid, sonokimyəvi sintez, polimer kompozit
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2023
MÜNDƏRİCAT
- PLATINUM-MESOMƏSAMƏLİ KARBON NİTRİD NANOKOMPOZİTLƏRİ: SİNTEZİ, QURULUŞU VƏ FENILASETİLENİN HİDROGENLƏŞMƏSİNDƏ KATALITİK XASSƏLƏRİV.M.Əhmədov, Н.Е.Мелникова, G.G.Nurullayev, Vs.M.Əhmədov, D.B.Tağıyev
- Ag8GeS6(Se6)–Ag8GeTe6 SİSTEMLƏRİ: FAZA TARAZLIQLARI, BƏRK MƏHLULLARIN SİNTEZİ VƏ XARAKTERİZƏ EDILMƏSİA.C.Əmiraslanova, A.T.Məmmədova, I.C.Alverdiyev, Yu.Ə.Yusibov, M.B.BabanlıDavamı