ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ALUNİT MİNERALININ QƏLƏVİ İLƏ EMALI ZAMANI VANADİUM VƏ QALLİUMUN MƏHLULA ÇIXMASI ŞƏRAİTİNİN TƏDQİQİ
A.A.Heydərov, A.X.Osmanova

Alunit mineralının tərkibində çoxlu miqdarda  aluminium, dəmir oksid, titan dioksid  və digər qiymətli komponentlər (Ga – 0.003%, V – 0.0315%) vardır. Buna görə də, alunit filizi alminiumun oksidi, qallium və vanadiumun  alınması üçün perspektivli xammal sayıla bilər. Tədqiqat işində xam alunit mineralının qələvidə qızdırılmaqla həll olması zamanı  qallium və vanadiumun məhlula çıxım dinamikası izlənilmişdir. Müəyyən olunmuşdur ki, qələvinin qatılığından, temperaturdan və bərk-maye faza nisbətindən asılı olaraq qallium və vanadiumun məhlula çıxım faizi dəyişir. Məlum olmuşdur ki, 5%-li qələvi məhlulu NaOH (b:m=1:6 nisbətində) 2 saat ərzində alunit süxurundan qalliumu 50.2%, vanadiumu isə 59.23% məhlula çıxarır

doi.org/10.32737/0005-2531-2023-1-90-96

 

Açar sözlər : vanadium, qallium, alunit, qələvi ilə emal, çıxım faizi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2023
MÜNDƏRİCAT
- PLATINUM-MESOMƏSAMƏLİ KARBON NİTRİD NANOKOMPOZİTLƏRİ: SİNTEZİ, QURULUŞU VƏ FENILASETİLENİN HİDROGENLƏŞMƏSİNDƏ KATALITİK XASSƏLƏRİV.M.Əhmədov, Н.Е.Мелникова, G.G.Nurullayev, Vs.M.Əhmədov, D.B.Tağıyev
- Ag8GeS6(Se6)–Ag8GeTe6 SİSTEMLƏRİ: FAZA TARAZLIQLARI, BƏRK MƏHLULLARIN SİNTEZİ VƏ XARAKTERİZƏ EDILMƏSİA.C.Əmiraslanova, A.T.Məmmədova, I.C.Alverdiyev, Yu.Ə.Yusibov, M.B.BabanlıDavamı