DTA və RFA üsulları ilə Ag8GeS6-Ag8GeTe6 və Ag8GeSe6-Ag8GeTe6 sistemləri tədqiq edilmiş, onların T-x faza diaqramları qurulmuşdur. Müəyyən edilmişdir ki, hər iki sistem qismən kvazibinar olub, Ag8GeTe6 ilə Ag8GeS6 və Ag8GeSe6 birləşmələrinin yüksək temperaturlu kubik modifikasiyaları arasında fasiləsiz əvəzolunma bərk məhlulları əmələ gətirir. Bərk məhlulların əmələ gəlməsi bu birləşmələrin polimorf çevrilmə temperaturlarının azalması ilə müşaiyət olunur. Bu, ³40 mol% Ag8GeTe6 qatılıq sahəsində ionkeçirici kubik fazanın otaq temperaturunda və daha aşağı temperaturlarda stabilləşməsinə gətirib çıxarır. Otaq temperaturunda Ag8GeS6 və Ag8GeSe6 birləşmələrinin aşağıtemperaturlu modifikasiyaları əsasında həllolma müvafiq olaraq 15 və 10 mol.% təşkil edir. Toz difraktoqramları əsasında bərk məhlulların kristal qəfəs parametrləri hesablanmış, onların təkribdən xətti asılı olması müəyyən edilmişdir
doi.org/10.32737/0005-2531-2023-1-22-29