ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
PLATINUM-MESOMƏSAMƏLİ KARBON NİTRİD NANOKOMPOZİTLƏRİ: SİNTEZİ, QURULUŞU VƏ FENILASETİLENİN HİDROGENLƏŞMƏSİNDƏ KATALITİK XASSƏLƏRİ
V.M.Əhmədov, Н.Е.Мелникова, G.G.Nurullayev, Vs.M.Əhmədov, D.B.Tağıyev

Mezoməsaməli qrafit karbon nitridi stabilləşdirici matris və katalizator daşıyıcısı kimi istifadə etməklə H2PtCl6•6H2O-nun metanol və su qarışığı ilə in situ kimyəvi reduksiyası yolu ilə platinin nanokompozitləri (Pt/mpg-C3N4) sintez edilmişdir. Alınmış platin- kompozitlərinin (Pt/mpg-C3N4) morfoloji və optik xassələri tədqiq edilmişdir. Pt/mpg-C3N4 fenilasetilenin qaz və maye faza hidrogenləşməsiprosesində  heterogen katalizator kimi  tədqiq edilmişdir. Pt/mpg-C3N4-in katalitik xassələrinə müxtəlif həlledcilərin və liqandların təsiri öyrnilmişdir. Fenilasetilenin heksanda  məhluluna piridin, piperidin və ya morfolinin əlavə edilməsi 95-100% çevrilmə və stirol görə  90-92% selektivlik təmin edir. THF, etanol, trietilamin, dioksan və ya xloroform həlledicilər kimi istifadə edildikdə, çevrilmədə əhəmiyyətli dəyişikliklər olmadan stirol üçün seçiciliyin kəskin artması müşahidə olunur. Pt/mpg-C3N4 kompozitləri maye fazada aşağı temperaturda fenilasetilenin stirola seçici hidrogenləşdirilməsində də əhəmiyyətli katalitik aktivlik nümayiş etdirmişdir

doi.org/10.32737/0005-2531-2023-1-6-21

 

Açar sözlər : mezo məsaməli karbon nitridi, platin kompozitləri, heterogen kataliz, fenilasetilen, stirol, hidrogenləşmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2026
MÜNDƏRİCAT
- CdS NAZİK TƏBƏQƏLƏRİNİN QEYRİ-SULU ETİLENQLİKOL ELEKTROLİTİNDƏN ÇÖKMƏ ŞƏRAİTLƏRİNİN ONLARIN TƏRKİBİNƏ TƏSİRİN.Ş.Soltanova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.M.Babanlı, R.Q.Hüseynova, Z.S.Səfərəliyeva, T.A.Əliyev, H.Ç.Əliyeva, D.B.Tağıyev
- MODİFİKASİYA EDİLMİŞ SEOLİT KATALİZATORU ÜZƏRİNDƏ PROPANNIN AŞAĞI MOLEKULLU KARBONİL BİRLƏŞMƏLƏRİNƏ PARSİAL OKSİDLƏŞMƏSİNİN KİNETİKASI VƏ MEXANİZMİA.M.Əliyev, G.A.Əli-zadə, M.Q.Əliyeva, A.A.Fətullayeva, A.R.Səfərov, Z.A.Şabanova, T.İ.Hüseynova, R.Y.AğayevaDavamı