ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
bis(SALISİLİDEN)HİDRAZON İLƏ Cu(II), Ni(II), Co(II) KOMPLEKSLƏRİNİN SİNTEZİ VƏ TƏDQİQİ
E.A.Quliyeva, P.Ə.Fətullayeva, T.M.Haqverdiyeva

Cu(II), Co(II), Ni(II) ilə bis(salisiliden)hidrazonun yeni kompleksləri alınmışdır. bis(Salisiliden)hidrazonun bu metalların ionları ilə ikinüvəli komplekslər əmələ gətirdiyi göstərilmişdir. Bu kompleks birləşmələrin strukturu və fiziki-kimyəvi xassələri İQ və UV spektroskopiya, EPR və termoqravimetrik analiz metodları ilə tədqiq edilmişdir. İQ spektrləri göstərir ki, liqandın metal ionu ilə koordinasiyası fenol qrupunun oksigen atomu və C=N qrupunun azot atomu vasitəsilə baş verir. Liqandın elektron spektrlərində ~240 və 290 nm-də aromatik halqa keçidinin udma zolaqları var (π→π* və n-π keçidləri ilə bağlıdır). 340 və 380 nm-də udma zolaqları benzol halqasına birləşmiş azometin qrupunun udulmasına aid edilə bilər. Termoqravimetrik analiz əsasında sintez edilmiş kompleks birləşmələrin termik parçalanma mərhələləri və bu mərhələlərdə alınan bərk reaksiya məhsullarının tərkibi müəyyən edilmişdir. Göstərilir ki, termik parçalanmanın son məhsulları Co, Ni, Cu oksidlərindən ibarətdir. Mis kompleksinin EPR spektrində g = 2.10 olan çox zəif asimmetrik siqnal müşahidə edilir ki, bu da kompleksin tetraedral (psevdotetraedral) strukturunu göstərə bilər

doi.org/10.32737/0005-2531-2023-2-116-122

Açar sözlər : bis(salisiliden)hidrazon, Cu(II),Ni(II),Co(II) kompleksləri, termal analiz
Məqaləyə baxın