ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
AŞQARLARIN DİZEL YANACAĞININ KEYFİYYƏTİNƏ TƏSİRİ
L.V.Paşayeva, S.Ə.Əliyev

Dizel fraksiyalarının fiziki-kimyəvi xassələrinin – sıxlığın, özlülüyün, kükürdün miqdarının,qaynama temperaturunun (10%, 50%, 90%), molekul kütləsinin, setanartırıcı  əlavənin effektivliyinə təsiri  və setan ədədinin effektiv modifikasiyası üçün lazım olan əlavənin miqdarının təyini tədqiq edilmişdir. Setan ədədini artırmaq üçün baxılan işdə üç müxtəlif setanartırıcı əlavədən istifadə edilmişdir: 2-EQN(aşqar №1); №2- alkilnitril и №3- amilnitril.  Əsas baza yanacağı kimi neft emalı zavodunun  müxtəlif qurğularından üç nümunə götürülmüşdür. Hər bir nümunə üçün 2 nömrəli əlavənin konsentrasiyasından asılı olaraq dizel yanacağının setan sayının artması göstərilir. Qeyd olunub ki, əlavələrin miqdarının 2.5%-ə qədər artması hər üç nümunədə setan sayının artmasına səbəb olur.Sınaqdan keçirilmiş nümunələrdə tədqiq edilən bütün əlavələrdən setan artıran ən yaxşısı 1 nömrəli aşqar olub.Nümunələrin (№1–3) setan ədədlərinin təsviri,uyğun aşqarlarla № 1–3, birlikdə, cədvəllər şəklində təqdim olunmuşdur.Nümunələrin setan saylarında dəyişiklik 51-dən 54-ə qədərdirİşdə, tətbiq sahəsi kimi,qabaqcadan verilmiş setan ədədinə uyğun dizel yanacağı almaq üçün,  müxtəlif laboratoriyalar, neft emalı zavodlarıda təklif edilmişdir

doi.org/10.32737/0005-2531-2023-2-104-110

 

Açar sözlər : dizel yanacağı, aşqar, setan ədədi, tədqiqat nümunələri, fiziki-kimyəvi xassələr
Məqaləyə baxın