ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
POLİVİNİLPİRİDİN ƏSASLI METALPOLİMER KOMPLEKSLƏR MÜHİTİNDƏ MAYE FAZADA BENZOLUN HİDROGENLƏŞMƏ REAKSİYASININ TƏDQİQİ
R.H.Süleymanova, N.А.Zeynalov, L.N.Qulubəyova, А.R.Quliyeva, N.T.Şıxverdiyeva

Tərkibi nikel, palladium, platin keçid metallarının duzları və funksional qruplar təşkil  edən vinilpiridin polimerləri ilə hazırlanan metalpolimer komplekslərinin iştirakı ilə  benzolun maye fazada hidrogenləşmə reaksiyası öyrənilmişdir. Reaksiyada poli-4-vinilpiridin və poli-2-metil-5-vinilpiridin istifadə olunmuşdur. Hidrogenləşmə reaksiyası 20-600C temperaturda aparılır. Poli-4-vinilpiridin iştirakında  benzolun hidrogenləşmə prosesinə mühitin təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, platin-poli-4-vinilpiridin kompleksi iştirakında benzolun maye fazada hidrogenləşməsi reaksiyası zamanı tam hidrogenləşmə məhsulu ilə yanaşı,  natamam hidrogenləşmə məhsulu – tsikloheksen alınır. Həmçinin mühitin təbiətinin tsikloheksan və tsikloheksenin çıxımına selektiv və effektiv təsiri öyrənilmişdir

doi.org/10.32737/0005-2531-2023-2-97-103

Açar sözlər : hidrogenləşmə, benzol, polivinilpiridinlər, metalpolimer komplekslər, tsikloheksan, tsikloheksen
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı