ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ALÜMİNİUM HİDROKSİD VƏ POLİETİLEN QARIŞIĞI ƏSASINDA OLAN MODİFİKASİYA OLUNMUŞ KOMPOZİTLƏRİN KRİSTALLAŞMASI
F.Ə.Mustafayeva, N.T.Qəhrəmanov, O.M.Quliyeva

Məqalədə quruluşəmələgətirici ilə modifikasiya olunmuş yuxarı və aşağı sıxlıqlı polietilen qarışığı və alüminium hidroksid əsasında olan kompozitlərin kristallaşmasının dilatometrik tədqiqinin nəticələri təqdim olunmuşdur. Alüminium hidroksidin miqdarının xüsusi həcmin, sərbəst xüsusi həcmin temperaturdan asılılığının dəyişməsinin qanunauyğunluğuna təsiri tədqiq olunmuşdur. Kompozit materialların kristallaşmasının başlanğıc temperaturu və şüşələşmə temperaturunun təxmini qiymətləri müəyyən edilmişdir. Tədqiqatlar IIRT-1 cihazında əsasında düzəldilmiş dilatometrdə 5.3 kq yük altında nümunələrin pilləli soyudulması prosesində aparılmışdır. Alüminium hidroksidin miqdarı 1–30 kütlə % aralığında dəyişdilirmişdir. Yuxarı və aşağı sıxlıqlı polietilenlər qarışığı 50/50 nisbətində götürülmüşdür. Titan dioksidin 1.0 kütlə % miqdarı quruluşəmələgətirici kimi istifadə edilmişdir. Müəyyən edilmişdir ki, alüminium hidroksid midarının artımı ilə polietilen qarışığı əsasında olan modifikasiya olunmuş kompozitlərin kristallaşmasının başlama temperaturu dəyişməz qalıb 1050C-ə bərabər olmuşdur. Polimer qarışığın tərkibində alüminium hidroksidin miqdarının artması ilə kompozitlərin sıxlığının müntəzəm artması müşahidə olunmuşdur

doi.org/10.32737/0005-2531-2023-2-69-77

 

Açar sözlər : yuxarı sıxlıqlı polietilen, aşağı sıxlıqlı polietilen, alüminium hidroksid, titan dioksid, quruluşəmələgətirici, kristallaşma, dilatometriya, xüsusi həcm
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı