ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MOLİBDENİN NAZİK TƏBƏQƏLƏRİNİN SULFAT MƏHLULLARINDAN ELEKTROLİTİK ÇÖKDÜRÜLMƏSİ
Y.E.Əlizadə, E.Ə.Salahova, P.Ə.Kələntərova, Ə.F.Heybətova, K.İ.Hacıyeva , N.N.Xankişiyeva, D.B.Tağıyev

Sulfat elektrolitlərindən Pt elektrodu üzürində molibden ionlarının elektroreduksiyası zamanı voltamper asılılıqlarının tədqiqi əsasında Mo-nanoörtüklərin çökmə şəraiti müəyyən edilmişdir. Müxtəlif amilərin: cərəyan sıxlıgının, komponentlırin  qatılıgının , temperaturun,məhlulun pH-nın və s. alınan tədəqənin keyfiyyətinə və tərkibinə təsiri tədqiq edilmişdir. Müəyyən edlmişdir ki, məhlulda molibdenin qatılıgının , cərəyan sıxlıgının  və temperaturun  atması nəticəsində molibdenin miqdarı artır və təbəqənin keyfiyyəti yaxşılaşırr. Katodik qütbləşmənin  müəyyən edilməsi əsasında müəyyən edilmişdir ki, sulfat elektrolitindən molibden elektrolitinin çökməsi prosesi əsasən kimyəvi qütbləşmə ilə müşayiət olunur. Katodik qütbləşmənin təbiətinin müəyyən edilməsi əsasında müəyyən edilmişdir ki, molibdenin sulfat elektrolitindən elektroçökmə prosesi əsasən kimyəvi qütbləşmə ilə müşayiət olunur. Eksperimental məlumatlara əsasən, molibden nanoörtüklərinin alınması üçün aşağıdakı elektrolit tərkibi (mol/l) tövsiyə olunur:   2,0 10-2 - 1,5 10-3 Na2MoO4 + 2,0 H2SO4 ; pH=0,4; Ev=0,005 Vs-1 t=750С, elektrod – Pt

doi.org/10.32737/0005-2531-2023-2-47-53

Açar sözlər : molibden, nazik örtüklər, elektrokimyəvi çökmə, ərintilər, cərəyan sıxlığı
Məqaləyə baxın