ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KADMİUM İONLARININ ETİLENQLİKOL ELEKTROLİTİNDƏ ELEKTROKİMYƏVİ REDUKSİYASI
N.Ş.Soltanova, A.Ş.Əliyev, B.A.İsmayılova, R.Q.Hüseynova

Təqdim olunan iş etilenqlikol elektrolitindən Cd ionlarının katodda reduksiya prosesinin öyrənilməsinə həsr edilmişdir. Xətti və tsiklik potensiodinamik polyarizasiya əyrilərini qeyd etməklə, etilenqlikol elektrolitindən kadmiumun reduksiyası prosesinin mexanizmi öyrənilmişdir. Kadmium ionlarının elektrokimyəvi çökmə prosesinə qatılığın, potensialın dəyişmə sürətinin və temperaturun təsiri öyrənilmişdir. Elektrolitdə kadmium konsentrasiyasının artması ilə onun katodda ayrılma sürəti artır. Cərəyan sıxlığını 25 mA/sm2 qiymətində keyfiyyətli təbəqələr alınır. Kadmiumun çökmə potensialının artması potensialın dəyişmə sürətini demək olar ki, dəyişmir. Etilenqlikol elektrolitindən kadmiumun elektroçökməsinin temperaturdan asılılığı 363–373 K arasında tədqiq edilmişdir, çökmə prosesinin polarizasiyası diffuziya təbiətli olmuşdur. Kadmium ionlarının katod səthinə diffuziya əmsalı hesablanmışdır

doi.org/10.32737/0005-2531-2023-2-40-46

Açar sözlər : elektroreduksiya, kadmium, potensial, polyarizasiya, etilenqlikol
Məqaləyə baxın