ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
N,N-Dİ(β-XLOR)ALLİLAMİNOETAN TURŞUSUNUN SİNTEZİ VƏ POLİMERLƏŞMƏSİ
Ə.M.Qaramanov, R.Ə.Əhmədova, N.X.Hüsiyev, B.Ə.Məmmədov, A.F.Məmmədova, M.Ş.Qurbanov

Aminoturşular zülalların tərkibinə daxil olan və canlı orqanizmlərdə biokimyəvi proseslərdə mühüm rol oynayan xiral birləşmələrdir. Onlar üzvi sintezdə qurucu bloklar, asimmetrik sintezlərdə katalizatorların komponentləri, ayrıcı agentlər və b. kimi geniş istifadə olunurlar. Bu məqsədlə, tərəfimizdən müəyyən edilmişdir ki, 1 mol aminoetan turşusunun 2 mol (β-xlor)allilxlorid və artıqlaması ilə götürulmüş natrium hidroksidin suda məhlulunda (pH 12) qarşılıqlı təsirindən 45% çıxımla yeni monomer – N,N-di(β-xlor)allilaminosirkə turşusu (BET) alınırhttps://akj.az Sintez edilmiş BET-nin su mühitində ammonim persulfat (AP) iştirakı ilə, inisiatorun  4·10-4–5·10-3 mol/l  qatılığında, polimerləşmə reaksiyası (Т= 60–700C) zamanı suda həll olan kifayət qədər yüksək özlülüklü ([ηgətir.] = 0.16–0.18 dl/q)  polimer alınmışdır. Müəyyən edilmişdir ki, polimerləşmə diallil qruplarının ikiqat rabitələri hesabına tsikloxətti mexanizm üzrə pirrolidin strukturlu polimerlərin əmələgəlməsi ilə baş verir

doi.org/10.32737/0005-2531-2023-2-13-18

 

Açar sözlər : aminoetan turşusu, (β-xlor)allilxlorid, inisiator, natrium hidroksidin suda məhlulu, N,N-di(β-xlor)allilaminoetan turşusu
Məqaləyə baxın