ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
XİTOZAN ƏSASLI SORBENTLƏ MİS (II) İONUNUN SORBSİYA XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ
S.M.Məmmədova, A.R.Rəcəbli, N.T.Rəhimli, H.F.Aslanova, Ç.M.Seyidova, C.E.Quliyeva, N.A.Zeynalov, D.B.Tağıyev

Son bir neçə onillikdə ağır metalların istifadəsindəki böyük artım, su mühitində metalların miqdarının artmasına səbəb olmuşdur. Ağır metallar arasında mis (II) canlı orqanizmlər üçün ən çox toksiki metallardan biri sayılır və ətraf mühitin daha geniş yayılmış ağır metal çirkləndiricilərindən biridir. Cu2+ ionunun qatılığının həddən artıq olması insanlarda müxtəlif xəstəliklərə, toksikliyə səbəb ola bilər. Bu baxımdan metalların sorbsiyası üçün absorbentlərin istifadəsi həm iqtisadi, həm də texnoloji cəhətdən effektiv bir üsuldur. Mis (II) ionunun sorbsiya xassələrinin öyrənilməsi üçün sorbent kimi kvaternizə olunmuş təbii polimer xitozandan istifadə edilmişdir. Tədqiqat zamanı sorbsiya prosesinin optimal şəraitləri müəyyən edilmiş, sorbsiya prosesinə mühitin pH–nın, metalın başlanğıc qatılığının təsiri öyrənilmişdir. Sintez olunmuş sorbentlə Cu (II) ionunun sorbsiya tutumu öyrənilmiş və müəyyən olunmuşdur ki, ən yüksək sorbsiya tutumu pH=4–də 255 mq/q olmuşdur. Bundan başqa, sorbsiya prosesinə mis (II)  ionunun qatılığının təsiri öyrənilmişdir. Göstərilmişdir ki, məhlulda Cu2+ ionunun qatılığı artdıqca sorbentin sorbsiya tutumu və sorbsiya dərəcəsi artır. Müəyyən olunmuşdur ki, maksimum sorbsiya tutumu 406 mq/q olmuşdur, bu da mis (II)  ionunun 10•10–2 mol/l qatılığının qiymətinə uyğun gəlir. Alınmış nəticələr onu göstərir ki, kvarternizə olunmuş xitozan sorbentini Cu (II) ionunun sorbsiyası üçün uğurla tətbiq etmək olar

doi.org/10.32737/0005-2531-2023-2-6-12

 

Açar sözlər : xitozan, kvaternizə, sorbent, sorbsiya tutumu, sorbsiya dərəcəsi
Məqaləyə baxın