ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
QRAFEN OKSİD MODİFİKASİYA OLUNMUŞ DİHİDROPİRİMİDİNLƏR
Ə.Hüseynzadə, Ü.Həsənova, Z.Qəhrəmanova

Bu tədqiqat qrafen oksid nanolayları və dihidropirimidinlər əsasında müxtəlif ansamblların sintezinə və onların antimikrob aktivliyinin tədqiqinə həsr edilmişdir. Ansamblların "tikinti blokları", yəni dihidropirimidinlər mikrodalğa şəraitdə az toksikiliyə malik mis triflatın iştirakı ilə Biginelli reaksiyası vasitəsilə sintez edilmişdir. Reaksiyanın müsbət tərəfi, məhlulun soyudulmasından sonra əmələ gələn çöküntünün müəyyən miqdarda distillə edilmiş su ilə yuyulmasından sonra  əlavə təmizlənmə mərhələsinin olmamasıdır. Sintez edilmiş birləşmələrin strukturları 1H, 13C və dept135 NMR spektroskopiya üsulları ilə müəyyən edilmişdir. İkinci komponent, yəni qrafen oksid nanolayları, modifikasiya olunmuş Hammer üsulu ilə sintez edilmişdir. Metodun modifikasiyası daha təmiz nanolayları əldə etməyə imkan verən oksidləşdirici qarışığın (H2SO4+KMnO4) konsentrasiyasının artması ilə əlaqədardır. Nanolayların strukturu və morfologiyası SEM və XRD üsulları ilə tədqiq edilmiş, ona əsasən nanolayların qalınlığının 1 nm olduğu müəyyən edilmişdir. Daha sonra, qrafen oksid dihidropirimidinlərlə modifikasiya olunmuşdur. Ansamblların sintezi sonifikasiya yolu ilə dihidropirimidinlərin qrafen oksid nanolayları ilə qeyri-kovalent birləşməsi yolu ilə həyata keçirilmişdir. Bundan əlavə, ansamblların antimikrobial aktivliyi S. aureus, Ps. aeruginosa və E. coli bakteriyalarına qarşı aparılmışdır. Təhlil zamanı əldə edilən nəticələr təmiz antibiotik ampisillinin aktivliyi ilə müqayisə edilmişdir. Məlum olmuşdur ki, dihidropirimidin molekuluna qrafen oksid nanolaylarının əlavə edilməsi dihidropirimidinlərin antimikrob aktivliyini yaxşılaşdırmağa imkan verib

doi.org/10.32737/0005-2531-2023-3-142-151

Açar sözlər : dihidropirimidinlər, Biginelli reaksiyası, qrafen oksid nanolayları, antimikrobial aktivlik
Məqaləyə baxın