ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SİLEN TOMENTELLANIN TƏRKİBİ, YERÜSTÜ HİSSƏSİNİN KİMYƏVİ TƏRKİBİ, ANTiBAKTERiAL VƏ GÖBƏLƏYƏ QARŞI AKTİVLİYİ
Ü.Yusupova, A.Xürrəmov, X.Bobakulov, S.Sasmakov, X.Dolimov, A.Beyatlı, D.Usmanov, N.Ramazonov

Bu tədqiqat işində Silene tomentellanın yerüstü hissələrindən steroidal qlikozidlərin və sikloartan qlikozidlərinin çıxarılmasından bəhs olunur. S. tomentellanın yerüstü hissəsindən triterpenoidlərin iki sikloartan qrupu - astraziversianin II (1) və sikloastragenol (4), o cümlədən steroid qlikozidlərə aid iki birləşmə - lokundozid (2) və lineolon (3) xromatoqrafik üsullarla  ayrılmışdır. Onların strukturları NMR məlumatları (1D və 2D) və HR-ESI-MS daxil olmaqla, geniş spektroskopik analiz və kimyəvi üsullar əsasında təyin edilmişdir. Bütün bu birləşmələr ilk dəfə bu bitki üçün alınmışdır. Bundan əlavə, triterpen və steroid qlikozidlərin antimikrobiyal fəaliyyəti Pseudomonas aeruginosa, Escherichia coli, Staphylococcus aureus, Bacillus subtilis və Candida albicans-a qarşı qiymətləndirilmişdir. Ayrılmış triterpen qlikozidlərinin və steroid qlikozidlərinin istifadə edilən mikroorqanizmlərə antimikrob təsiri aşkar edilməmişdir

doi.org/10.32737/0005-2531-2023-3-134-141

Açar sözlər : silen tomentella, triterpenoidlər, steroid qlikozidlər, antibakterial və göbələyə qarşı aktivlik
Məqaləyə baxın