ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MAQNİT SAHƏSİNİN TƏSİRİ ALTINDA EKSTRAKSİYA ÜSULU İLE EKOLOJİ TƏMİZ DİZEL YANACAĞININ ALINMASI
B.G.Abdulov, Ə.A.Həsənov

Hazırda neft emalı zavodlarında birbaşa qovulmadan alınan dizel fraksiyasının tərkibində politsiklik aromatik karbohidrogenlərin miqdarı çox olduğundan standartlara cavab vermir. Bu problem müxtəlif üsullarla həll olunur. Təqdim olunan elmi məqalədə bu problem maqnit sahəsinin təsiri altında ekstraksiya prosesindən istifadə etməklə həyata keçirilir.  Bu məqsədlə dizel fraksiyasının ekstraksiya prosesi maqnit sahəsinin təsiri altında həm  həlledici kimi təmiz N-metilpirrolidondan, həm də onun sirkə, sulfat, fosfor turşuları qarışığı ilə ekstragent kimi istifadə etməklə aparılmışdır. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, ekstragent kimi təmiz halda N-metilpirrolidondan istifadə etmək məqsədəuyğundur. Belə ki, bu zaman nəticədə dizel fraksiyasının tərkibində politsiklik aromatik karbohidrogenlərin miqdarı 6 %  (kütlə) təşkil edir ki, bu da AVRO-5 standartlarına cavab verir.

Prosesin optimal şəraiti aşağıdakı kimidir:

  • temperatur 200C;
  • təzyiq 760 mm civə st.;
  • nisbət 1:1 (Dizel : N-metilpirolidon);
  • qarışdırıcının sürəti - 70 dövr/dəq;
  • maqnit sahəsinin intensivliyi – 20 mT;

doi.org/10.32737/0005-2531-2023-3-105-111

Açar sözlər : dizel, ekstraksiya üsulu, maqnit sahəsi, N-metilpirrolidon
Məqaləyə baxın