ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TULLANTILARIN YUMA MƏHLULLARINDAN Cu (II) İONLARININ DOWEX MAC-3H+ SORBENTİ İLƏ ADSORBSİYASI
A.Ə.Heydərov, Ş.E.Bəhrəmova, N.İ.Abbasova, S.X.Kələntərova, A.A.Quliyeva

Bu məqalədə Cu2+ ionun zəif turşu xassəli kationdəyişdirici qətran olan Dowex Mac-3H+ ilə adsorbsiyasının təcrübi nəticələri araşdırılmışdır. Mis ionunun sulfatlı məhlullardan adsorbsiyasına təsir edən amillər: Cu2+ ionunun  ilkin qatılığı, adsorbentin doza miqdarı, kontant müddəti, məhlulun pH-ı öyrənilmişdir. Alınan nəticələr göstərdi ki, Dowex Mac-3H+ qətranı Cu2+ ionunun  sulfatlı məhlullardan ayrılmasında yüksək həcm tutumluluğu göstərir (322.6 mq/q). 0.5 q/l ilkin qatılıqda, 4 saat müddətində, 0.2 q sorbent götürüldükdə, pH-ın 6 qiymətində, otaq temperaturunda  mis ionlarının adsorbsiya dərəcəsi maksimal (98%) olmuşdur . İlk 1 saatda sorbsiya yüksək sürətlə baş verir və toxunma zamanının artırılması prosesə o qədər də təsir etmir. pH-ın daha yüksək qiymətlərində OH-  ionlarının qatılığının artması  səbəbindən  Cu2+ ionunun Cu(OH)2 çöküntü formasına keçdiyi müşahidə olunur. Alınmış təcrübi nəticələrin qiymətləri Ləngmür və Frendlix izotermlərinə tam uyğun gəlir. Lənqmür və Frendlix modelinin adsorbsiya izotermlərindən görünür ki, Cu2+ ionunun qətran üzərində adsorbsiyası xemosorbsiya mexanizmi üzrə baş verir

doi.org/10.32737/0005-2531-2023-3-90-97

Açar sözlər : filiz və tullantılar, Cu2+ ionu, sorbsiya, Dowex Mac-3H+ , Ləngmür və Frendlix izotermləri
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı