ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MÜXTƏLİF KATALİTİK SİSTEMLƏRDƏ BENZOLUN SELEKTİV HİDROGENLƏŞMƏSİ PROSESİNİN SƏNAYEDƏ TƏTBİQİNİN ELMİ ƏSASLARI
N.T.Şixverdiyeva, Ü.Ə.Məmmədova, N.A.Zeynalov

Sənayenin müxtəlif sahələrində neft və digər məhsulların istehsalı zamanı alınan maddələr əsasında baş verən ətraf mühitin çirklənməsi son illərdə aktual olan ekoloji problemlərin həlli istiqamətində tədbirlər görməyə məcbur edir. Neftdən əldə olunan aromatik karbohidrogenlər sinifinə aid olan arenlər kanserogen təsirlərinə görə həyat üçün çox təhlükəli materiallardandır. Bu baxımdan arenlərin xüsusi nümayəndəsi olan benzolun zəhərli və uçucu birləşmə kimi kanserogen təsirlərindən azad edilərək kaprolaktam və neylonun istehsalında əsas xammal olan tsikloheksanın alınmasında istifadə edilməsi mühüm məsələlərdən biridir. Benzolun hidrogenləşməsi prosesinin selektivliyi və alınan məqsədli məhsul olan tsikloheksanın çıxımının yüksək olması reaksiyanın getmə şəraiti və katalizatorların seçimindən asılıdır. Son illərdə aromatik karbohidrogenlərinin hidrogenləşməsi proseslərinin effektiv həyata keçirilməsi məqsədi ilə yüksək aktiv və selektiv katalizatorların alınmasında polimer və seolit nanokompozit katalizatorlarının, eləcə də modifikasiya olunmuş metal polimer əsaslı katalizatorların tətbiqi böyük maraq doğurur. Belə ki, naften karbohidrogenlər müxtəlif sinif birləşmələrin sintezi üçün əsas ilkin maddələr hesab olunur. Bu birləşmələrin törəmələri xüsusi təyinatlı kaprolaktamın, adipin turşusunun, tsikloheksanonun, eyni zamanda efir yağlarının, lakların, boyaların həll edicisi kimi, ekstraqent kimi əczaçılıq sənayesində və s. sintezində istifadə olunurlar. Benzolun hidrogenləşməsi reaksiyasında polimer-mineral katalizatorlarının katalitik xassələrinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, bu reaksiyalar dar məsaməli seolitlərdə (mordenit, klinoptilolit) tsikloheksanın əmələ gəlməsi istiqamətində selektivlik göstərir.Təqdim edilən işdə bu istiqamətdə aparılan işlərə dair ədəbiyyat materialları təhlil edilərək əsas məlumatlar toplanmışdır

doi.org/10.32737/0005-2531-2023-3-39-52

Açar sözlər : benzol, hidrogenləşmə, tsikloheksan, tsikloheksadien, tsikloheksen, nikel nanohissəciklər, rutenium hissəcikləri, platin nanohissəcikləri, mezoməsaməli silisium, selektivlik
Məqaləyə baxın