ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ALKİLKSANTATSİRKƏ TURŞUSUNUN YENİ TÖRƏMƏLƏRİNİN SİNTEZİ VƏ AŞQAR KİMİ TRİBOLOJİ XASSƏLƏRİNİN TƏDQİQİ
N.N.Novotorjina, Ə.R.Sucayev, G.G.İsmayılova, M.R.Səfərova, İ.P.İsmayılov, Y.S.Mustafayeva

Məqalə kalium alkilksantatların monoxlorosirkə turşusunun allil efiri ilə qarşılıqlı təsiri nəticəsində alınan alkilksantatsirkə turşusunun yeni törəmələrinin sintezi və tədqiqinə həsr edilmişdir. Sintez edilmiş birləşmələrin strukturu İQ və 1H NMR spektroskopiya üsulları, həmçinin fiziki-kimyəvi xassələri, o cümlədən şüasındırma əmsalı və xüsusi çəkinin təyini və onların əsasında molekulyar refraksiyanın hesablanması, sonra onların müqayisəli göstəriciləri ilə təsdiq edilmişdir. Müəyyən edilmişdir ki, sintez olunmuş birləşmələr transmissiya yağlarında yüksək sürtünmə xassələrinə malikdir, eyni zamanda alkilksantatsirkə turşusunun efirləri korroziyaya qarşı xüsusiyyətlərə malikdir, ona görə də onlardan müxtəlif sürtünən səthlərdə istifadə olunan transmissiya yağları prototiplərinin hazırlanmasında istifadə oluna bilər. Etilksantatsirkə turşusunun allil efiri əsasında sintez edilən birləşmələrin çıxımının həlledicinin təbiətindən asılılığı aşkar edilmişdir. Sintez edilmiş birləşmələrin sürtünmə xassələrinin effektivliyinin alkil ra­dikal­larının uzunluğundan asılılığı müəyyən edilmişdir

doi.org/10.32737/0005-2531-2024-1-105-113

Açar sözlər : monoxlorsirkə turşusu, sürtkü yağları, aşqarlar, kalium ksantogenat, triboloji xassələr
Məqaləyə baxın