Rezin və polimer kompozitlərdə ən çox tətbiq olunan keçirici inqrediyentlərdən biri də texniki karbondur (TK). Tədqiqatın məqsədi butadien kauçuku və P-234 markalı ucuz TK-dan istifadə etməklə oksidləşdirici xlorfosforlaşma reaksiyasının tətbiqi ilə hazırlanmış hibrid kompozitin elektrik/dielektrik xüsusiyyətlərini öyrənmək olmuşdur. Kompozitin xassələri otaq temperaturunda keçiriciliyin (σ) və dielektrik sabitinin (έ) tezlikdən asılılığı ilə təsvir edilmişdir. Keçiricilik mexanizmi TK-nın və kompozitin quruluşunun rentgen difraksiya analiz metodu ilə tədqiq edilmişdir. QR və kompozitin rentgenoqrammalarında qrafitəbənzər struktur və yarımkristal interkalyat fazası aşkar edilmişdir. σ və έ parametrlərinin qiymətləri TK doldurucusunun modifikasiya edilmiş polimerin elektrik/dielektrik xassələrinə müsbət təsirini göstərir. Bu fakt polimerin kristallaşma dərəcəsinin artması, həm də kompozitin mikrostrukturu əsasında yük daşıyıcısının yüksək ehtimalla yeni keçirici xəttinin yaranması ilə izah olunur. Modifikasiya edilmiş polimerlə müqayisədə daha yüksək dielektrik keçiriciliyinə malik olan aşağı maya dəyərli, keçirici/polyarlaşmış kompozit enerji toplayıcılarında və elektrik cihazlarında istifadə üçün təklif oluna bilər.
doi.org/10.32737/0005-2531-2024-3-94-101
№4 2025







.png)