ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
N,N,N′N′-TETRAASETO-BENZİDİNİN CuII KOMPLEKSİNİN SİNTEZİ VƏ XASSƏLƏRİ
S.Z.İsmayılova, M.T.Hüseynova, R.H.İsmayılov, Ə.Ə.Məcidov

Benzidin və mono-xlorsirkə turşusunun 1:4 mol nisbətində kondensasiyasından N,N,N′N′-tetraaseto-benzidin (TAB) və onun ikinüvəli CuII kompleksi sintez edilmişdir. Sintez edilmiş birləşmələrin quruluş və xassələri element analizi, İQ- və elektron spektroskopiyası, EPR və teroqravimetrik analiz metodları vasitəsi ilə öyrənilmişdir. Sintez edilmiş birləşmələrin səth morfologiyası NeoScope Jeol JCM-5000 skanedici elektron mikroskopu ilə tədqiq edilmişdir. N,N,N′N′-tetraaseto-benzidinin ikinüvəli CuII kompleksinin maqnit momenti µeff = 2,46 B.M.-dir. İkinüvəli mis kompleksində Cu2+ ionları arasında elektron mübadilə qarşılıqlı təsiri çox kiçikdir. N,N,N′N′-tetraaseto-benzidinin CuII kompleksinin elektron spektrində 230, 290 və 405 nm dalğa uzunluğundakı pikləri metal ionlarının elektron keçidlərinə aid etmək olar. Termoqravimetrik analizin nəticələri göstərdi ki, N,N,N′N′-tetraaseto-benzidinin CuII kompleksi 600°C-dən yuxarı temperatura qədər davamlıdır.

doi.org/10.32737/0005-2531-2024-3-69-75

 

Açar sözlər : benzidin, mono-xlorsirkə turşusu, metal komplekslər, SEM
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı