Hazırda ətraf mühitin toksiki metallarla çirklənməsi insan sağlamlığı üçün təhlükə yaradan aktual problemlərdəndir.Toksiki metallar həyati vacib orqanlarda (məsələn, mədə-bağırsaq traktı, qaraciyər, böyrəklər və s.) toplanır və orqanizmin biokimyəvi proseslərinə mənfi təsir göstərir. İnsan orqanizminin intoksikasiyası çox ciddi bir problemdir və buna görə də bu sahədə yeni etibarlı dərmanların yaradılması hər zaman önəmli mövzulardandır. Təklif olunan enterosorbsiya metodları, toksikozlarla əlaqəli patoloji vəziyyətlərin korreksiyasında istifadə olunan unikal xassələrə malik enterosorbentlər vasitəsilə orqanizmi təmizləyən sadə və effektiv üsuldur. Bu məqalədə enterosorbentlərin klinik praktikada tətbiqinə, xüsusən də, toksiki metalların insan orqanizmindən çıxarılmasına həsr olunmuş son illərin elmi tədqiqatları nəzərdən keçirilir. Həmçinin enterosorbentlərin müasir təsnifatı da təqdim olunan məqalədə öz əksini tapmışdır.
doi.org/10.32737/0005-2531-2024-3-43-61