ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
XAM NEFTDƏ ASFALTENLƏRİN MİQDARININ AZALDILMASI ÜÇÜN ÜÇDƏYİŞƏNLİ MİLLİFLÜİD YANAŞMADAN İSTİFADƏ
Əhməd Əbdülrəzzaq Hadi, Xudhayr Abbas Al-Rudaini, Abdullah Thamer Hameed, Saja Mohsen Alardhi, Talib Mohammed Albayati

Tədqiqat işində otaq temperaturunda qızdırılma və reflüks olmadan xam neftdən asfaltenin ayrılmasının yeni menodikası verilmişdir. Ənənəvi üsullar yüksək enerji sərfiyyatı, bahalı avadanlıq, buxarın alışması təhlükəsi riski ilə bağlıdır. Tədqiqat cənubi İraqın tərkibində 3.934 kütlə % asfalten olan ağır neftinin asfaltsızlaşdırılmasına həsr olunmuşdur. Məhlulun axın sürətinin (10-50 ml/dəq), qarışdırıcı ilanvari borunun uzunluğunun (200-30 sm) və  aromatik və alifatik həlledici qarışığının dəyişməsi lə 27 laboratoriya təcrübəsi aparılmışdır.  Optimal şəraitin təyini üçün optimal dizayn və səthin cavab metodikası istifadə olunmuşdur. Optimal şərait: həlledici sərfi – 50 ml/dəq, qarışdırıcı spiralın diametri – 300 sm, həlledici qarışığı – 1:10 (ksilol:n-heptan).  Asfaltsızlaşdirmanın effektivliyi təcrübi və nəzəri qiymətləndirimiş və effektivlik müvafiq olaraq 71.97 və 73.48%  olmuşdur. Bu yeni metod asfaltenlərin xam neftdən ayrılmasını təhlükəsiz və az enerji təlabatlı edir.

doi.org/10.32737/0005-2531-2024-3-29-42

Açar sözlər : asfaltenlər, axın injeksiya sistemi, cavab səthi metodologiyası (RSM), optimal (xüsusi) dizayn (OCD)
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2025
MÜNDƏRİCAT
- RADİKALLI METAL KOMPLEKSLƏRİN REAKSİYA QABİLİYYƏTİƏ.Ə.Məcidov, R.H.Ismayılov, P.A.Fətullayeva, D.B.Tağıyev
- POLİMER EMALI ÜÇÜN BİR-PAKET STABİLİZATORLARININ İSTİFADƏSİNİN TEXNİKİ, ELMİ VƏ PRAKTİK ÜSTÜNLÜKLƏRİ PERSPEKTİVLƏRİB.Conson, K.Kek-Antuan, N.S.Allen, M. Edge, S.Hüseyn, E.B.ZeynalovDavamı