ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
İON MAYELƏRİ DİZEL YANACAĞININ EKOLOJİ XASSƏLƏRİNƏ MƏNFİ TƏSİR GÖSTƏRƏN BİRLƏŞMƏLƏRİN EKSTRAGENTİ KİMİ
M.C.İbrahimova, S.A.Seyidova, S.Q.Əliyeva, H.C.Hüseynov, X.Ə.Abdullayeva, F.Y.Yusifzadə

Məqalədə tərkibində aromatik karbohidrogenlərin və kükürdlü birləşmələrin miqdarı ilə fərqlənən dizel distillatının səmərəli seçici həll edici kimi ekoloji zərərsiz ion mayelərindən  istifadə etməklə maye- maye ekstraksiya üsulu ilə təmizlənməsi sahəsində aparılmış elmi tədqiqatların nəticəsi əks olunmuşdur. Ekstragent kimi istifadə edilmiş ion mayelərinin dipropilammonium, dibutilammonium və N-metilpirrolidonium asetat və morfolinium formiatın dizel distillatının tərkibindən kənarlaşdırılan komponentlərə qarşı müxtəlif ekstraksiya effektinə malik olduqları müəyyən edilmişdir. Ekstraksiya prosesinin mərhələlər üzrə həyata keçirilməsinin dizel distillatının aromatiksizləşmə və kükürdsüzləşmə dərəcəsinə təsiri müəyyən edilmişdir. Göstərilmişdir ki, dizel distillatının ion-maye ekstraksiya prosesini üç mərhələdə həyata keçirtdikdə rafinatın nisbətən yüksək çıxımı və təmizlənmə dərəcəsi əldə edilir.

doi.org/10.32737/0005-2531-2024-3-20-28

 

Açar sözlər : ion mayesi, ekstraksiya üsulu ilə təmizlənmə, rafinat, aromatik karbohidrogenlər, kükürdlü birləşmələr
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2024
MÜNDƏRİCAT
- PROPANIN OKSİDLƏŞDİRİCİ DEHİDROGENLƏŞMƏSİ REAKSİYASINDA V-SB-O/AL2O3 OKSİD ƏSASLI SİSTEMLƏRİN SƏTH MORFOLOGİYASI, FAZA TƏRKİBİ VƏ KATALİTİK XASSƏLƏRİA.M.Sərdarlı, A.İ.Rüstəmova, F.S.İbrahimova, A.N.Məmmədov, F.V.Yusubov, E.H.İsmailov, D.B.Tağıyev
- İON MAYELƏRİ DİZEL YANACAĞININ EKOLOJİ XASSƏLƏRİNƏ MƏNFİ TƏSİR GÖSTƏRƏN BİRLƏŞMƏLƏRİN EKSTRAGENTİ KİMİM.C.İbrahimova, S.A.Seyidova, S.Q.Əliyeva, H.C.Hüseynov, X.Ə.Abdullayeva, F.Y.YusifzadəDavamı